Ehtiyatlı olun: Üzüm bu şəxsləri öldürə bilər


Üzüm mövsümü olduğundan, bazarda bu meyvəyə təlabat da çoxdur.

Amma onu yeyərkən diqqətli olmaq lazımdır. Bütün faydalarına baxmayaraq, bəziləri üçün üzüm yemək ölümcül ola bilər.

Turkustan.az xəbər verir ki, mütəxəssislər beta-blokerlərdən istifadə edən ürək xəstəlikləri olan insanlara üzüm də daxil olmaqla yüksək kaliumlu qidaları az yeməyə çağırıblar.

Meyvələr varfarin və ya kumidin kimi qan durulaşdırıcılardan istifadə edənlər üçün də təhlükəli ola bilər. Belə ki, üzümün tərkibində olan antioksidant resveratrol bu preparatların K vitamini kimi antikoaqulyant təsirini gücləndirə bilər.

Bundan əlavə, üzüm böyrək funksiyası pozulmuş xəstələr üçün zərərli ola bilər. "Əgər böyrəklər qandan artıq kalium çıxara bilmirsə, bu, ölümlə nəticələnə bilər",- deyə Rusiya “Rospotrebnadzor”u xəbərdarlıq edib. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ