Qəhvə içənlərə ciddi xəbərdarlıq: Əgər qəhvəni belə içsəniz...


Bəzi insanlar qəhvəni digərlərindən daha çox sevirlər. Bu səbəbdən gün ərzində onların qəhvə istehlakı kifayət qədər yüksəkdir. Bununla belə, qəhvə istehlak edərkən nəzərə alınmalı olan bəzi məqamlar var. Qəhvəni bu şəkildə içsəniz, sağlamlığınıza zərər verə bilər.

Qəhvə sağlam olan və normal şəraitdə istifadəsi tövsiyə olunan bir içkidir. Ancaq qəhvə istehlakında edilən bəzi səhvlər ciddi zərər verə bilər. Diqqət etsəniz, demək olar ki, hər kəsin ətrafında qəhvə istehlakını şişirdən insanlar var. Bu insanlar üçün mütəxəssislərdən xəbərdarlıq gəldi.

Qəhvə özlüyündə sağlam bir içki olsa da, düzgün olmayan qəhvə istehlakı mədə problemlərindən tutmuş ürək xəstəliklərinə qədər ciddi sağlamlıq problemləri gətirir. Sağlamlığınız üçün qəhvəni necə daha düzgün istehlak edəcəyinizi bilməlisiniz. Qəhvə istehlakında edilən səhvləri təqdim edirik:

Səhər oyanan kimi qəhvə içmək: Tərkibindəki kofein səbəbiylə səhər oyandığınızda enerji verici olaraq qəhvəyə üstünlük verə bilərsiniz. Lakin səhərlər ac qarına qəhvə içmək zamanla orqanizmin qəhvəyə aludə olmasına səbəb olur.

Eyni zamanda, qanda şəkər balansını pozan və mədə turşusunu artıran ac qarına qəhvə içmək vərdişindən əl çəkmək, qəhvə içməzdən əvvəl yüngül səhər yeməyi yemək lazımdır.

Şəkər və qaymağın əlavə edilməsi: Şəkər əlavə edilmiş, ətirli şəkər siropu və kremli qəhvələrə daha şirin olduqlarını əsas gətirərək üstünlük verənlər də var. Ice Caramel Latte kimi şəkər tərkibli qəhvələrin istehlakı və ya hazır qablaşdırılmış krem ​​ilə yumşaldılmış qəhvə qəhvənin sağlam komponentlərini yox edir.

Qəhvədən aldığınız tək şeyin kalori olmasına səbəb olan bu əlavə maddələrdən istifadə etmək əvəzinə qara qəhvə içməyi vərdiş halına gətirmək daha faydalı olardı.

Qəhvəni yeməklə içmək: Qəhvə yeməklərlə birlikdə istehlak edildikdə, yeməkdən aldığınız dəmir və sink kimi komponentlərin udulmasını azaldır. Bu səbəbdən yeməklə qəhvə seçmək zərərli vərdiş sayılır. Qəhvə ilə yemək arasında ən azı 45 dəqiqə olmalıdır.

Həddindən artıq qəhvə istehlakı: Gündəlik miqdardan çox qəhvə istehlak etmək insanda kofein asılılığına səbəb olur və zamanla verdiyi faydaların əksinə təsir göstərir. Qəhvə ölçülü şəkildə istehlak edildikdə enerji verir, lakin davamlı olaraq həddindən artıq miqdarda qəhvə istehlak etdikdə, zamanla daim yorğunluq hiss etməyə başlayırsınız. Xroniki stress və depressiya xəstəliklərinə də səbəb olan bu vərdişdən əl çəkmək lazımdır.

Qəhvə istehlakını gün ərzində müəyyən səviyyədə saxlamaq lazımdır. Mütəxəssislər tərəfindən aparılan araşdırmalar göstərir ki, böyüklərin problemsiz qəhvə istehlak etməsinin yuxarı həddi gündə 300 mq kofeindir. Bu təxminən 3-4 fincan qəhvə deməkdir.

Ancaq hamilə fərdlərdə bu yuxarı hədd 200 mq-a qədər azalır. Qəhvəni ölçüdə istehlak etməklə onun faydalarından asanlıqla faydalana bilərsiniz.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ