Araşdırma: Göz rənginiz xəstəliyinizi müəyyən edir


Avropalı mütəxəssislərin araşdırmalarına görə, göz rəngini təyin edən melanin nisbəti göz xəstəliklərində mühüm rol oynayır. Yaşıl və mavi kimi açıq rənglər işığa qarşı həssaslığın artması, şiş riski və retinanın kalsifikasiyası ilə əlaqələndirilir. Qəhvəyi və ya tünd gözlü insanlarda katarakt və buynuz qişa nəqlindən imtina nisbəti daha yüksəkdir.

Turkustan.az xəbər verir ki, Almaniyada aparılan maraqlı araşdırma medianın gündəminə gəlib. Müxtəlif göz xəstəliklərinin göz rəngi ilə əlaqəli olduğu və müxtəlif rəngli gözləri olanların müxtəlif xəstəliklərə meylli olduğu müəyyən edilmişdir. Alman Oftalmologiya Dərnəyinin (DOG) mütəxəssisləri Alman Sağlamlıq Portalında öz açıqlamalarını dərc edərək, göz rənginin xəstəliklər haqqında mühüm ipucu verdiyini bildiriblər.

Göz, görmə sistemləri və xəstəliklərin diaqnozu ilə məşğul olan bir elm sahəsi olan oftalmologiya mütəxəssisləri son illərdə günəşin təsiri, göz və saç rəngini təyin edən melanin konsentrasiyasının nisbətləri ilə bağlı araşdırmalar aparırlar.

Köln Universiteti Xəstəxanası Oftalmologiya Mərkəzinin direktoru Claus Cursiefen, gözdəki melaninin həmişə qəhvəyi rəngə sahib olduğunu ifadə edərək, "Bu piqment yaşıl və mavi gözlərdə azdır və ya yoxdur" dedi.

Fərqli melanin səviyyələri müxtəlif işıq refraksiyalarına səbəb olur və melanin piqmentinin olmaması gözlərin rəngini açır. Albinizmin səbəbi melaninin olmamasıdır və açıq rəngli gözləri olan insanlar işığa daha həssas olurlar.

Bildirilir ki, melaninin aşağı olması fərqli nəticələrə səbəb ola bilər. Aşağı melanin olan insanlarda aqressiv xoroid şişlərinin və uveal melanomanın (göz şişlərinin) inkişaf ehtimalı əhəmiyyətli dərəcədə artır.

Alman Oftalmologiya Dərnəyinin və Essen Universitetinin Göz Klinikasının direktoru Nikaloas Bechrakis deyib: “Avropa mənşəli insanlarda bu cür pozğunluqlar Asiya və ya Afrika mənşəli insanlara nisbətən 20-30 dəfə daha çox rast gəlinir”.

Yaşla bağlı torlu qişanın əhənglənməsinin açıq rəngli gözləri olan xəstələrdə daha çox olduğu, tünd gözlülərdə isə katarakta nisbətinin daha çox olduğu bildirilir. Qəhvəyi gözlü insanlarda katarakta mavi gözlülərə nisbətən iki-dörd dəfə daha çox rast gəlinir.

Bunun səbəbi tünd rəngin daha çox işığı qəbul etməsi və orada uzun müddət qalması səbəbindən tünd gözün ön kamerasında temperaturun artması ilə izah edilir. İstilik ilə əlaqəli katarakta qaynaqçılar üçün tipik bir peşə xəstəliyi olaraq təyin olunur.

O da bildirilir ki, buynuz qişa transplantasiyasından imtina reaksiyaları və digər ağırlaşmalar daha çox tünd dərili insanlarda müşahidə olunur.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ