Dünyanı narahat edən yeni epidemiya həyəcanı: Sürətlə yayılır


Konqo Demokratik Respublikasında M pox (Mpox) epidemiyası sürətlə yayılır. KDC Hökumət sözçüsü Patrick Muyaya, ilin əvvəlindən bəri M pox epidemiyası səbəbiylə 450 adamın öldüyünü, 11 min 166 adamda isə M pox aşkar edildiyini bildirdi.

Turkustan.az xəbər verir ki, Afrikanın 2-ci ən böyük ölkəsi olan DRC-nin 26 əyalətindən 23-də M pox hadisələri görüldü.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyulun 5-də M pox virusunun yeni variantının DRC-nin şərq sərhədində sürətlə yayıldığını və onun “indiyə qədərki ən təhlükəli variant” olduğunu açıqlayıb.

ÜST, M-pox epidemiyasının ilkin olaraq cinsi yolla ötürülməsi ilə tətikləndiyini və bu yeni variantın yaxın dəri təması ilə də ötürülə biləcəyinə dair sübutların olduğunu bildirdi və bu vəziyyətin virusun yayılma sürətini və potensial təsirini artıracağı barədə xəbərdarlıq edib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ilin əvvəlindən bəri dünyada 3100-dən çox M pox hadisəsi qeydə alınıb.

Təxminən yüzdə 5 ölüm nisbəti olan M pox virusu yüksək hərarət və bədəndə qaşınma qabarcıqları, titrəmə, baş ağrısı, əzələ ağrıları, zəiflik və ölümə səbəb ola bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ