DİQQƏT: Yenə başladı


İyulun 12-də Yer kürəsini 4 qüvvəyə malik yeni maqnit qasırğası bürüyəcək.

Turkustan.az xəbər verir ki, Günəş Astronomiyası və Heliofiziki Alətlər Laboratoriyasının alimləri bu barədə xəbərdarlıq edirlər.

Qeyd olunur ki, Günəş küləyi axınlarının təsiri altında Yerin maqnit sahəsinin pozulması iyulun 12-də saat 21:00 radələrində başlayacaq və 14-də səhər tezdən pik həddinə çatacaq.

Əlavə edək ki, maqnit qasırğaları insan sağlamlığına mənfi təsir göstərə bilər. Həkimlərin fikrincə, dünya əhalisinin dörddə üçü səhhətinin pis olmasından şikayətlənir. Baş ağrısı, yuxusuzluq, taxikardiya, zəiflik və qan təzyiqində artım ehtimalı var. Bundan əlavə, maqnit qasırğaları zamanı enerji sistemlərinin işində nasazlıqlar, naviqasiya və yüksək tezlikli radio rabitəsində problemlər yarana bilər. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ