Bu əti yeyənlər “adamyeyən” ola bilərlər - ŞOK


Son illər donuz ətinə tələbat azalıb.

Belə ki, ötən il 1341 ədəd donuz var idisə, bu il 1035 donuz saxlanılır. Donuzların azalmasının müxtəlif səbəbləri olsa da, əsas faktor olaraq ölkədəki dini baxışlar əsas gətirilir.

Lakin belə halda sual yaranır ki, donuz ətinə ötən il tələbat artdığı halda bu il tələbatın azalmasına səbəb nədir?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya açıqlamasında deyib ki, müsəlman toplumun çoxluqda olması donuz ətinə təlabatı aşağı salır:

“Ölkəmizdə əhalinin çox böyük əksəriyyəti müsəlman olduğu üçün donuz ətindən minimum səviyyədə istifadə olunur. Donuz ətindən daha çox içki içən vətəndaşlar istifadə edirlər. Onların da əksəriyyəti hesab edir ki, qaban əti istifadə etmək haram deyil. Ancaq dini tərəfdən məsələyə baxsaq, donuz əti də, qaban əti də haram hesab olunur”.

O bildirib ki, ölkəmizdə əksər kafelərdə qaban əti adı altinda donuz əti satırlar:

“Əksər kafe və restoranlarda ov qabanı əti adı altında ev şəraitində bəslənmiş donuz əti satırlar. İnsanlar da qaban ətini donuz ətindən seçə bilmədikləri üçün bəh-bəhlə alırlar. Lakin nəzərə almaq lazımdır ki, qaban əti yalnız ov mövsümündə ola bilər. Bundan əlavə, ölkəmizdə qabanların sayı yetəri qədər çox deyil. O baxımdan, kafe və restoranlarda bu qədər qaban ətinin olması qeyri-realdır”.

Ekspert qeyd edib ki, donuzun daxili strukturu insan orqanizminə çox yaxındır:

“Məsələyə tibbi tərəfdən baxsaq, insan ürəyinin klapanının dəyişdirilməsi zamanı donuz klapanından istifadə edirlər. Ondan əlavə, mədəaltı vəzin implantasiyası zamanı donuzun mədəaltı vəzindən istifadə olunur. Bu, ona görə belədir ki, donuz DNT-si ilə insan DNT-si arasında çox ciddi oxşarlıq var. Bu baxımdan donuz əti yemək olduqca ziyanlıdır”.

Akif Nəsirli əlavə edib ki, donuz ətindən çox qəbul etmək hannibalizmə səbəb ola bilər:

“Donuz əti bütün əlamətləri ilə insan ətinə həddən artıq yaxındır. Bu səbəbdən onun ətini qəbul etmək müəyyən fəsadlara gətirib çıxara bilər. Bir çox ölkələrdə, əsasən də müsəlman ölkələrində donuz əti qadağan olunub. Hətta dindar yahudilər belə donuz əti qəbul eləmir”.


MANŞET XƏBƏRLƏRİ