Yeni araşdırma amputasiyalara ümid verir: Bionik ayağın möcüzəsi


Bionik ayaqdakı sinir nəzarəti sayəsində amputasiya olunmuşlar təbii yerimə sürətlərini bərpa edə bilirlər.

Əzələ bağları ilə əlaqə quran sinir sistemi mərkəzli texnologiya ilə inkişaf etdirilən bionik ayaq sayəsində amputasiya olunanlar təbii yerimə sürətlərini bərpa edə biləcəklər. Nature Medicine jurnalında dərc edilən araşdırma çərçivəsində bionik ayağın beyin fəaliyyətini idarə edən əzələlərdəki sinirlərlə əlaqəsi araşdırılıb.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları dizdən aşağı amputasiya edilmiş 14 nəfərin iştirakı ilə araşdırma aparıblar. Araşdırmada bu insanların 7-si neyroprotez texnologiyası ilə hazırlanmış bionik ayaqla təchiz edilib, digər 7-si isə standart müalicə alıb. İştirakçıların düz və maneəli səthlərdə yerimələrinin araşdırıldığı araşdırmada, bionik ayaqları olanların digər qrupa nisbətən yüzdə 41 daha sürətli hərəkət etdiyi məlum olub.

Araşdırmada bionik ayaqları olan insanların rəqs edərkən və qaçarkən rahat hərəkət edə bildiyi qeyd edilib.

Araşdırmada neyroprotez texnologiyası ilə inkişaf etdirilən bionik ayağın əzələlərə yerləşdirilən sensorlar vasitəsilə hərəkətlilik qazandığı və bu sensorların protezin yeriyərkən topuğun nə qədər əyiləcəyini və nə qədər güc sərf edəcəyini hesablamasına imkan verdiyi ifadə edildi.

Araşdırmada sözügedən prosesin zamanla zehnində vərdiş halına gəldiyi və amputasiya edilən şəxsin “təbii və normal” templə yeriyə bildiyi ifadə edilib.

Araşdırmaya rəhbərlik edən Hugh Herr, araşdırmanın nəticələrini "möcüzəvi" olaraq qiymətləndirərək, araşdırmanın gələcəkdə protez istehsalına əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyini bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ