Multivitaminlər ömrü uzadır? - YENİ TƏDQİQAT


Amerikalı alimlər multivitaminli qida əlavələrinin insan ömrünə necə təsir etdiyini öyrəniblər.

Turkustan.az xəbər verir ki, onlar 20 il ərzində 400 000-ə yaxın insanın sağlamlıq məlumatlarını təhlil edərək, multivitamin əlavələrinin daimi istifadəsi ilə müxtəlif xəstəliklərdən vaxtından əvvəl ölüm hallarının azalması arasında hansı əlaqənin olduğunu öyrənməyə çalışıblar.

Məlum olub ki, hər gün multivitamin qəbul edən insanlar bu əlavələri qəbul etməyənlər qədər müxtəlif xəstəliklərdən vaxtından əvvəl ölməyə qarşı həssasdırlar. Bu o deməkdir ki, yuxarıda göstərilən əlavələr heç bir şəkildə insanın uzunömürlülüyünə təsir etmir. Digər bir məsələ odur ki, multivitamin əlavələri orqanizmin sağlamlığının qorunmasına töhfə verərək daha sağlam qocalmanı təmin edə bilər - alimlər belə qənaətə gəliblər. /sfera.az/


MANŞET XƏBƏRLƏRİ