Azərbaycanda hər saatda 8 uşaq məhv edilir: Dəhşətli statistika


Son illər ölkəmizdə abortların sayı pik həddə çatıb.

Təkcə ötən il ərzində Azərbaycanda 73 816 abort qeydə alınıb.

Başqa sözlə, keçən il hər gün orta hesabla 202 abort olub. Hər saat isə Azərbaycanda 8-dən çox abort qeydə alınıb.

Bəs illər üzrə statistika necə dəyişib?

Turkustan.az Cebhe.info-a istinadən illər üzrə abort statistikasını təqdim edir:

*2013-cü ildə Azərbaycanda 27 892 abort həyata keçirilib.

*2014-cü ildə Azərbaycanda 27 220 abort qeydə alınıb.

*2015-ci ildə abortların sayı 27 452 olub.

*2016-cı ildə Azərbaycanda 34 569 abort qeydə alınıb.

*2017-ci ildə Azərbaycanda abort etdirən qadınların sayı 37 618 nəfər olub.

*2018-ci ildə Azərbaycanda abort etdirən qadınların sayı 36 141 nəfər olub.

*2019-cu ildə isə ölkədə 36 min civarında abort qeydə alınıb.

*2020-ci ildə bu rəqəm 34 min 700 olub.

*Abortların sayı 2021 ci ildə 46 877 olub.

*2022 ci ildə 57 999 abort qeydə alınıb.

*Ötən il isə Azərbaycanda 73 816 abort qeydə alınıb.

Rəqəmləri müqayisə etsək, 2023-cü ildəki abort sayı son 10 ilin ən yüksək həddi olub.

Belə ki, ötən il qeydə alınan abort sayı 10 il öncə ilə müqayisədə 3 dəfəyədək artıb.

20 il öncə - 2003-cü ildə abort edənlərin sayı isə 16 912 olub. Bu da 2023-cü illə müqayisədə 5 dəfəyədək artım deməkdir.


MANŞET XƏBƏRLƏRİ