Pakistanda yoluxucu “qırmızı göz” xəstəliyindən əziyyət çəkənlərin sayı artır.
Turkustan.az xarici mətbuata istinadla xəbər verir ki, təkcə bu ay Pəncab əyalətində “qırmızı göz” (konyunktivit) xəstəliyinə yoluxanların sayı 86 min 133 nəfərə yüksəlib.
Pəncab Səhiyyə Nazirliyinin paylaşdığı məlumatlara görə, son bir həftədə əyalətdə 40 mindən çox hadisə qeydə alınıb.
Pəncabın müvəqqəti hökumətinin baş naziri Muhsin Raza Nəkvi xəstəlik səbəbiylə özəl və dövlət məktəblərində təhsilin dayandırıldığını bildirib.
Digər tərəfdən, Hayber Paxtunxva əyalətində "qırmızı göz" xəstəliyindən əziyyət çəkənlərin sayı 16 nəfər olaraq açıqlanıb.
Mütəxəssislər ictimaiyyəti "ehtiyat tədbirləri"nə əməl etməyə çağırır.
Səhiyyə mütəxəssisləri "qırmızı göz" xəstəliyinin əhalinin sıx olduğu yerlərdə sürətlə yayıldığı barədə xəbərdarlıq edib.
Hər il “qırmızı göz” xəstəliyinə yoluxma hallarının artdığını, lakin bu il epidemiyanın intensivliyinin yüksək olduğunu bildirən ekspertlər vətəndaşlardan ehtiyat tədbirlərinə əməl etmələrini xahiş ediblər.
Mütəxəssislər “qırmızı göz” xəstəliyindən əziyyət çəkənlərə qara eynək taxmağı tövsiyə edərək, bu insanların çarpayılarını və istifadə etdikləri əşyaları bir-birindən ayırmalı olduqlarını vurğulayıblar. /bakivaxti.az/