Yerusəlim İvrit Universitetinin alimlərinin araşdırması göstərib ki, bəşəriyyət kişi sonsuzluğu epidemiyası ilə üzləşə bilər.
Turkustan.azxarici mətbuata istinadən xəbər verir ki, alimlər müəyyən ediblər ki, 40 yaşdan yuxarı kişilərdə sperma konsentrasiyası iki dəfə azalıb. Təcrübədə 56 ölkədən 153 kişi iştirak edib. Məlum olub ki, orta konsentrasiya 1973-2018-ci illər arasında ml başına 101,2 milyondan 49 milyona düşüb.
Alimlər 1972-ci ildən bu yana aparılan digər araşdırmaları və statistikaları da təhlil ediblər. Üzə çıxıb ki, sperma konsentrasiyası ildə 1,16% azalır. Lakin onlar yalnız 2000-ci ildən toplanmış məlumatlara baxdıqda, azalma ildə 2,64% təşkil edib. Bu, kişilərin sperma sayında son vaxtlar daha sürətli azalma olduğunu göstərir. /bakupost.az/