Əvəz Zeynallını xilas etmək mümkündürmü? - Həkim


Əvəz Zeynallı xərçəng xəstəliyindən xilas ola bilər.

Turkustan.az xəbər verir ki, bu barədə həkim Vasif İsmayıl bildirib.

Onun sözlərinə görə, qaraciyərə metastaz vermiş yoğun bağırsaq xərçəngi xəstələrinin şişdən qurtulması mümkündür. Lakin düzgün müalicə lazımdır.

“Əvəz Zeynallıda metastatik yoğun bağırsaq xərçəngi aşkar olunub. Onkoloji qaydalara görə, son mərhələdir. Amma müalicəsi var. Qaraciyərə metastaz vermiş yoğun bağırsaq xərçəngi xəstələrinin deyil, ömrünün uzanmasını, ümumiyyətlə şişdən qurtulmasını görmüşəmmi? Dəfələrlə. Lakin düzgün müalicə lazımdır.

Bu dəqiqə belə həbsxanada müalicə etdiyim 2 onkoloji xəstə var. Bəzən sadə MRT lazım olur, inanın, aylarla qapı-qapı gəzirlər. Doğrudur, ömürlük məhbus da var… Asan deyil. Əməliyyat edərkən başımda keşik çəkən ədliyyə işçiləri şahiddirlər. Əvəz Zeynallıya qaydalara uyğun müalicə olunması üçün şərait yaradılsın. Xahişim budur”, - o qeyd edib.

Xatırladaq ki, Əvəz Zeynallıda onkoloji xəstəlik aşkarlanıb. Bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı sosial şəbəkə hesabında paylaşım edib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ