“Məni zəlil edən pis vərdişlərin üstündən xətt çəkib 8 ağır xəstəlikdən xilas olduğum gündən 30 il keçir. Ötən 30 ildə gəldiyim əsas qənaət bu oldu ki, bəli, alın yazısı da var, insan taleyində təsadüflər də müəyyən rol oynayır. Lakin insan taleyini “yazan” baş qüvvə həyat tərzidir”.
Turkustan.az xəbər verir ki, bunu tanınmış loğman, yazçıçı-jurnalist Ərşad Əzimzadə bildirb.
“Naturopat alimlər həyat tərzini iki qismə bölüblər – sağlam həyat tərzi və qeyri-sağlam həyat tərzi. Birincinin “fəqərə sütunu” qidalanma prinsipidir. Dünya tibb elminin banisi Hippokrat deyirdi ki, biz – nə yeyiriksə, oyuq. Dünyanın son peyqəmbəri bu həqiqəti bir qədər də dəqiqləşdirdi: “Bütün fəsadların yuvası – mədədir, bütün dərdlərin çarəsi – pəhrizdir”. Yəni, sağlam olmaq istəyirsənsə, gərək mütləq qidalanma prisiplərinə dəqiq əməl edəsən”, - Ərşad Əzimzadə deyib.
O sağlam həyat tərzi barədə “Möcüzəsiz möcüzə”, “Bizi yaşadan da qidadır, öldürən də” adlı kitablarında geniş açıqlamamalar verdiyini xatırladıb.
“Çıxardığım ikinci nəticə budur ki, düzgün qidalanmaq nə qədər vacibdirsə, sərt rejim, faydalı hərəkət, kontrast su vannası və özünütəlqin də bir o qədər zəruridir. Müdriklər buyurub ki, dünyanın bütün dərmanları hərəkəti əvəz edə bilmir, hərəkət bütün dərmanları əvəz edir. Lakin hər bir hərəkət faydalı deyil. Ağırlıq qaldırmaq, boks, güləş, qaydasız döyüşlər, futbol və bu qəbildən olan bir çox hərəkətlər sağlamlığa deyil, biznesə və siyasətə xidmət edir. İti addımlarla yerimək, üzmək, tennis oynamaq, bədən tərbiyəsinə daxil olan təmrinlər sağlamlığa xidmət edir”.
Ə.Əzimzadə son 30 ildə çıxardığı acı nəticə barədə də danışıb:
“Bu ondan ibarətdir ki, ölü qidalarla dolu olan marketlərin və apteklərin sayı artdıqca ağır xəstəliklərin və onların qurbanlarının da sayı artır. Həm də ağır xəstəliklər ildırım sürəti ilə “cavanlaşır”. Lakin mənim və ardıcıllarımın apardığı maarifləndirmə işinin sayəsində sağlam həyat tərzinin tərəfdarları günbəgün artır”.
Ə.Əzimzadə 60 yaşdan sonra 8 ağır xəstəliklə vidalaşdığını, sağlam həyat tərzi keçirdiyini vurğulayıb:
“Tam əminəm ki, 150 il yaşamaq, insanın edə biləcəyi ən xırda işdi. İnsan – uzunömürlü canlıdır. Sadəcə, biz özümüz öz ömrümüzü müntəzəm baltalayır və qısaldırıq. Mən həm cismən, ondan da çox ruhən cavanlaşmışam, yaradıcılıq həvəsim və qabliyyətim xeyli güclənib. Son 30 ildə 20-dən çox elmi-publisistik və bədii əsərim işıq üzü görüb. Hazırda “Durna bulağı” trilogiyasını tamamlamaq üzrəyəm. Bununla yanaşı, hər gün “Facebook”dakı xüsusi səhifəmə bir yeni yazı qoyuram və onlarla oxucu sualına cavab verirəm. İşləməkdən doymuram.
Bu illər faciəsiz də ötüşmədi. Beş ağır xəstəlikdən sağaltdığım, xeyli cavanlaşan həyat yoldaşım, biz Bakıya qayıdandan sonra yeyimcil qohumlarının təsiri altına düşdü, qidalanma qaydalarını pozdu, ağır xəstələndi, taleini həkimlərə etibar etdi, 76 yaşında dünyasını dəyişdi. Cəhalətin qurbanı oldu. Bu, təkcə bir adamın, bir xalqın faciəsi deyil, bütün bəşəriyyətin faciəsidir. Bu faciəyə dair yazdığım kitabı “NEKROLOQ. Yaxud cəhalətin növbəti qurbanı” adlandırmağım təsadüfi deyil”.
Ə.Əzimzadə sağlam olmaq istəyənlərə aşağıdakı tövsiyələri verib:
1. Sağlam həyat tərzinin alternativi yoxdur.
2. Xəstə yalınız bir halda sağala bilir– özü özünün həkimi olanda.
3. Pis vərdişləri tərgidib sağlam həyat tərzinə qayıtmaq heç vaxt gec deyil.
4. Dərman-terapiya bəşər əleyhinə törədilən ən ağır cinayətdir. Dərmandan yalnız xəstəni kritik vəziyyətdən çıxarmaq üçün istifadə etmək düzgündür.
5. Xəstəliyin qarşısını almaq onu sağaltmaqdan daha rahat və daha ucuzdur.
6. Hamı sağlam olmaq istəyir. Ağıllı adam yollar axtarır, tənbəl isə bəhanə.
7. Dərin zəka və möhkəm iradə yoxdursa, sağlam və xoşbəxt olmaq mümkün deyil.
8. İnsan ona görə xəstələnir ki, süfrədə ölü (bişmiş, duza və şəkərə qoyulmuş, rafinləşdirilmiş) qidalar canlı qidalardan qat-qat çox olur, üstəlik, uzlaşmayan qidaları qarışdırır.
9. Sağlam həyat tərzini atıb, pis vərdilərin ağuşuna qayıtsan, xəstəliklər də qayıdacaq. Özü də daha ağır formada. /modern.az/