"Pandemiya vaxtı əhalini aldatdılar, 20 milyon insan öldü" - Yeni təhlükə yaxınlaşır


“Məlum olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, gec-tez yeni pandemiya baş verəcək və bu, nəzəri risk deyil, epidemioloji əminlikdir. Yeni pandemiya 20 il və ya daha çox müddətdə baş verə və ya sabah da ola bilər. Amma baş verəcək və buna hazır olmalıyıq".

Bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az-a söyləyib.

Onun sözlərinə görə, rəsmi olaraq 7 milyon insan COVID-19-dan ölüb, lakin həqiqi rəqəmin 20 milyon olduğu təxmin edilir:

Bakupost.az

"Milyonlarla insanın ölümünə görə başda ÜST olmaqla “pandemiyanı” cinayətkarcasına idarə edənlər məsuliyyət daşımalıdırlar. İnsan ölümlərindən başqa dünya iqtisadiyyatına da bilərəkdən ziyan vurdular, iqtisadiyyatı zəiflətdilər, 18 trilyon dollar vəsaiti dünyaya səpib inflyasiyanı yüksəltdilər, 700 milyon orta sinif nümayəndəsini işsiz qoydular, gəlirlərini azaltdılar. Bu insanlıq əlehinə cinayət idi. Ən böyük kriminal əməlləri isə o idi ki, COVİD-19 virusunun labaratoriya mənşəli olduğunu gizlətdilər, insanlara yalan danışdılar, insan övladının azadlıq hissini məhv etməyə çalışdılar”.

N.Cəfərlinin dediyinə görə, bu gün dünyada “sağ” və “millətçi” dalğanın daha da yüksəlməsi “pandemiyanın” naticəsidir:

"Birjalarda balonlar yaratdılar, 18 trilyon dollar ehtiyacı olanlara deyil də, səhm bazarında şarların yaranmasına, varlıların daha çox varlanmasına səbəb oldu. Günü bu gün də dünya iqtisadiyyatı “pandemiyanın” vurduğu zərbələrlə silkələnir. İndi ÜST ölkələr arasında pandemiya sazişi üzrə danışıqlar aparır. Məqsəd də budur ki, pandemiya elan olunan kimi ÜST böyük səlahiyyət alsın, ölkələrin suveren qərar alma mexanizmləri ləğv edilsin. Bu, təhlükəli məqamdır, ABŞ-nin ÜST-dən çıxaması bu təhlükəni xeyli zəiflətdi, amma aradan qaldırmadı. Düşünürəm ki, Azərbaycan da ÜST-dən çıxmalı, öz səhiyyə təhlükəsizliyini suveren qərarlarla və əsl müttəfiqlərlə birgə təmin etməyin yollarını tapmalıdır. ÜST kimi qurumlar korrupsiya və insanlıq üçün təhlükə mənbəyinə çevriliblər”.


MANŞET XƏBƏRLƏRİ