Bu cipsilər təcili geri çağırılır - Ölüm riski var


Dünyaca məşhur çip brendinin məşhur məhsulunun "həyat üçün təhlükəli" olduğuna görə təcili olaraq geri çağırılması barədə qərar qəbul edilib.

Turkustan.az xəbər verir ki, digər tərəfdən, sözügedən çiplər üçün xəbərdarlıq edilib: "Onlar qətiliklə istehlak edilməməlidir".
Qida Standartları Agentliyi (FSA) istehlakçılara ciddi xəbərdarlıq edərək, etiketləmə xətası səbəbindən qida məhsullarını təcili geri çağırıb.

Məlum olub ki, 3D Trading tərəfindən satılan Ruffles Sabor a Jamón Crisps çiplərinin allergen tərkibi ingilis dilində göstərilməyib.

Bu çiplərin tərkibində süd və soya var, lakin bu məlumat qablaşdırmada yer almadığı üçün allergiyası olan insanlar üçün ciddi sağlamlıq riski yaradır. Süd və ya soya allergiyası olan şəxslərin məhsulu qətiliklə istehlak etməmələri vurğulandı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ