Həkim həyəcan təbili ÇALDI: "2-3 həftə davam edir..." - VİDEO


Fəsil dəyişkənliyi ilə əlaqədar insanların immun sistemləri zəifləyir. Xüsusilə yaz fəsli Ramazan ayı ilə üst-üstə düşdüyündən hava dəyişikliyi, qışın sonları, baharın gəlişi qrip və digər yoluxucu xəstəliklərin yayılmasına səbəb olub.

Bu zaman immun sisteminin reaksiyası zəifləyir, insanlar daha tez soyuqdəymə, qrip və digər infeksion xəstəliklərə yoluxurlar.

Baku TV paytaxt sakinləri arasında "İmmunitetinizi necə qoruyursunuz" sualı ilə sorğu keçirərək onların fikirlərini öyrənib.

Vətəndaşlar "Günəş çox yoxdursa, D vitamini içmək, tərəvəzlərə üstünlük vermək lazımdır", "Sağlam qidalanın, mayeni çox qəbul edin. İdmanla məşğul olmaq da vacibdir", "İndi xəstəliklər 2-3 həftə davam edir, amma əvvəllər maksimum 2-3 günə keçirdi. Bu, qidamızla, eyni zamanda idmanla məşğul olmamağımızla bağlıdır. İnsanlar idmana az vaxt sərf edirlər" kimi fikirlər səsləndiriblər.

Ətraflı süjetdə:


MANŞET XƏBƏRLƏRİ