DİQQƏT! Bu təbii ikili cinsi istəyi artırır


Təbii yollarla cinsi istəyi artırmaq istəyənlər üçün bal və banan mükəmməl seçim ola bilər. Hər iki qida bədəni enerji ilə təmin etməklə yanaşı, hormon balansına və qan dövranına müsbət təsir göstərir. Xüsusilə birlikdə istehlak edildikdə, onların gücləndirici təsiri daha da artır.

Turkustan.az xəbər verir ki, bal qədimdən bəri güclü afrodizyak kimi tanınır. O, B vitamini, maqnezium və digər faydalı minerallarla zəngindir. Bal testosteron hormonunun səviyyəsini artırmağa kömək edir ki, bu da həm kişilərdə, həm də qadınlarda cinsi istəyi yüksəldən əsas faktorlardan biridir. Bundan əlavə, balın tərkibindəki təbii şəkərlər bədənə enerji verir, yorğunluğu azaldır və dözümlülüyü artırır.

Banan – serotonin və dopamin mənbəyi

Banan isə həm fiziki, həm də psixoloji cəhətdən insana müsbət təsir göstərir. Onun tərkibindəki kalium və B6 vitamini bədəndə serotonin və dopamin səviyyəsini artırır. Bu hormonlar əhval-ruhiyyəni yaxşılaşdırır və stresin azalmasına kömək edir. Stres və yorğunluq cinsi istəyi aşağı sala bilən əsas amillərdəndir, buna görə də banan bu baxımdan olduqca faydalıdır.

Bal və banan birlikdə daha təsirlidir

Bu iki super qidanın birləşməsi, xüsusilə cinsi istəyi artırmaq üçün güclü təsir göstərir. Bal qan dövranını stimullaşdıraraq cinsi orqanlara daha çox oksigen çatdırılmasına kömək edir. Banan isə enerji verir və sinir sistemini gücləndirir. Birlikdə istifadə edildikdə isə bu təsirlər qat-qat artır.

Necə istifadə etməli?

Səhər yeməyində – Bir bananı dilimləyib üzərinə bir qaşıq bal əlavə edərək yemək faydalıdır.

Günorta qəlyanaltısı kimi – Yorğunluq hiss etdikdə bir bananı bal ilə yemək sürətli enerji və motivasiya qazandırır.

Mütəxəssislər bildirir ki, təbii yollarla cinsi istəyi artırmaq istəyənlər kimyəvi dərmanlara üz tutmadan, sadəcə qidalanma vərdişlərini dəyişməklə bu problemi həll edə bilərlər. Bal və bananı gündəlik rasiona daxil etməklə, həm sağlam qalmaq, həm də intim həyatın keyfiyyətini artırmaq mümkündür. /Yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ