ŞAD XƏBƏR: İnsultdan sonra hərəkəti TAM BƏRPA etmək mümkün olacaq


Los-Ancelesin Kaliforniya Universitetinin alimləri insultdan sonra hərəkət funksiyalarını tam bərpa edə bilən dərman hazırlayıblar.

Turkustan.az xəbər verir ki, DDL-920 adlı maddə siçanlar üzərində uğurla sınaqdan keçirilib və nəticələr “Nature Communications” jurnalında dərc olunub.

Tədqiqatçılar dərmanın fiziki reabilitasiyanın təsirini təqlid edərək beyindəki zədələnmiş neyron əlaqələrini bərpa edə biləcəyini kəşf ediblər.

Alimlər DDL-920-nin insanlar üzərində təsirini öyrənmək üçün daha çox araşdırma aparmağı planlaşdırırlar. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ