Azərbaycanda daha bir estetik əməliyyat qurbanı - 34 yaşlı qadın öldü


Fevralın 27-də paytaxtda yerləşən özəl klinikalardan birində liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın bu gün ölüb.

Turkustan.az xəbər verir ki, hadisə Sumqayıtda baş verib.

18-ci məhəllə sakini 1991-ci il təvəllüdlü Mirzəyevə Pərvanə Afiəddin qızının halı pisləşərək öz evində ölüb.

Mərhumun ailəsinin iddiasına görə, P. Mirzəyeva əməliyyat səbəbindən dünyasını dəyişib.

Fakt araşdırılır. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ