Bir qramı insanı öldürür: Morfindən 100 dəfə güclü narkotik yayılır


Almaniyanın Frankfurt şəhərinin hakimiyyət orqanları ölümcül Çin narkotiki olan fentanilin yayılması ilə bağlı həyəcan təbili çalır.

Turkustan.az xəbər verir ki, “Bild” şəhərin opioid epidemiyası ilə üz-üzə olduğunu yazır:

“Səlahiyyətlilər yoxlamalar aparıblar. Nəticələrə görə, artıq şəhərdə narkomanların 50%-dən çoxu ölümcül maddədən istifadə edir. 37 narkotik nümunəsi götürülüb. Onlardan 21-də fentanil aşkar edilib”.

Beləliklə, Frankfurt ABŞ-nin bəzi şəhərlərində müşahidə olunan fentanil epidemiyasının astanasındadır. Orada hər yeddi dəqiqədən bir insan həddindən artıq dozadan ölür.

Fentanil morfindən 100 dəfə güclü olan ölümcül opioiddir. Bu maddənin kiçik bir miqdarı insanı öldürmək üçün kifayətdir.

Fəlakətdən qorxan Frankfurt rəhbərliyi iyun ayında beynəlxalq konfrans keçirməyi qərara alıb. Orada xarici mütəxəssislərlə fentanil epidemiyası ilə necə mübarizə aparmağı müzakirə edəcəklər. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ