Qidalanma və pəhriz mütəxəssisi qripə qarşı çörək yeməyi təklif edib.
Turkustan.az xəbər verir ki, qidalanma və pəhriz mütəxəssisi Nur Ecem Baydı Özman, xüsusilə yoluxucu xəstəliklərin tez-tez baş verdiyi qış aylarında pəhrizdən karbohidratların çıxarılmasının ən əhəmiyyətli qidalanma səhvlərindən biri olduğunu söyləyərək, “İmmunitet sistemi hüceyrələri müxtəlif dövrlərdə prioritet olaraq fərqli makronutrient qruplarından istifadə edə bilər. Bu səbəblə bütün makronutrient qruplarını nizamlı və balanslı şəkildə istehlak etmək vacibdir. Çəki nəzarəti və ya digər səbəblərdən çörək və makaron kimi karbohidratlı qidalardan qaçınmaq böyük səhvdir. Çünki bu davranış ilkin enerji mənbəyi olan karbohidratların çatışmazlığına səbəb olur və immunitet sisteminə mənfi təsir göstərə bilər. Türk xalqının ən mühüm enerji mənbəyi və əsas qidası çörəkdir. Bədənimiz çörək də daxil olmaqla karbohidratlı qida qrupunu istehlak edərək sürətlə enerjiyə çevirə bilir. “Əgər karbohidrat istehlakından çəkinməyinizi tələb edən bir xəstəliyiniz yoxdursa, həddindən artıq olmamaq şərti ilə balanslı qidalanma üçün süfrənizdən çörəyi buraxmayın.
Çörəyin məşhur inancın əksinə olaraq yüksək kalorili olmadığını söyləyən Özman, “İncə bir dilim (25 q) tam buğda çörəyi 63 kaloridir. Tam buğda çörəyi liflə zəngindir, qan şəkərini balanslaşdırır və qidalandırıcı qidadır. Sink, maqnezium və B vitamini kimi qidalarla zəngindir. B vitaminləri bədənin ehtiyac duyduğu enerjini təmin edir. Fol turşusu ürək sağlamlığı üçün çox vacibdir. "Bəzi çörək növləri tərkibindəki müəyyən qidalar sayəsində daha faydalı olur" deyir.
Aytən Yaşar/ Turkustan.az