Həkimlər ürəyi 25 dəfə dayanan xəstəni həyata qaytardı


Rusiyalı həkimlər 24 saat ərzində ürəyi 25 dəfə dayanan xəstəni həyata qaytarıblar.

Turkustan.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Moskva merinin müavini Anastasiya Rakova məlumat verib.

O qeyd edib ki, həkimlər xəstəyə normal müdaxilə edə bilməyiblər:

“Buna görə əməliyyatın unikal üsulla aparılması qərara alınıb. Valentin Buyanov adına Klinik Xəstəxananın həkimlərinin düzgün təyin edilmiş müalicə üsulu və yüksək peşəkarlığı sayəsində belə ağır patologiyası olan xəstənin ürəyini tamamilə normal vəziyyətə gətiriblər. Bir çox mütəxəssisin iştirakı ilə həyata keçirilən və 7 saatdan çox davam edən əməliyyat nəticəsində xəstənin ürək funksiyaları tamamilə normal səviyyəyə qayıdıb”.


MANŞET XƏBƏRLƏRİ