Menyuya yalnız bir məhsul əlavə etsəniz, o, xərçənglə mübarizəyə kömək edə bilər.
Bu nəticəyə Svabi Universitetinin (Pakistan) mütəxəssisləri də daxil olmaqla beynəlxalq alim qrupu gəlib.
Turkustan.az xəbər verir ki, araşdırma nəticəsi “Food Science & Nutrition” (FSN) elmi jurnalında dərc olunub.
Məlum olduğu kimi, nar altı növ xərçəngin - prostat, sidik kisəsi, döş, dəri, ağciyər və yoğun bağırsaq xərçənginin inkişaf ehtimalını azalda bilər.
Onun meyvəsi, qabıqları, yağı, ekstraktları və şirələri də çox xeyirlidir.
Alimlərin fikrincə, burada söhbət narın tərkibindəki antioksidantlardan və faydalı elementlərdən gedir. Xüsusilə, polifenollar, flavonoidlər və taninlər - onlar iltihabı azaldır, şiş hüceyrələrinin meydana gəlməsinin qarşısını alır və onların böyüməsini ləngidir.
Bundan əlavə, narın müntəzəm istifadəsi metastaz riskini azalda bilər. Meyvə həm də Alzheimer və Parkinson kimi neyrodegenerativ xəstəliklərdən qoruyan lif, minerallar, vitaminlər və ellagitanninlərlə zəngindir. /Cebheinfo.az/