DİQQƏT! Bu müalicə üsulu sizin ölümünüzə səbəb ola bilər


Son zamanlar insanlar arasında bel və boyun ağrılarılarından şikayət edənlərin sayı artıb.

Artıq iş o yerə çatıb ki, bir çoxları səbəbi dəqiqləşdirmədən yutub və digər sosial şəbəkələrdə gördükləri prosedurlardan sonra müalicə üçün həmin şəxslərə üz tuturlar. Daha dəqiq desək, el arasında “xırç-xırç” müalicə kimi tanınan manual terapiyaya üstünlük verirlər.

Görəsən, bu müalicənin insanlara xeyri və ya zərəri varmı?

Globalinfo.az-a danışan fizioterapevt Vəfa Xankişiyeva manual terapiyanı qəbul etmədiyini bildirib:

“Ona görə sevmirəm ki, onsuz da onurğa problemlərinin əmələ gəlməsi sümüyün keyfiyyətinin olmamasından xəbər verir. Artıq ostexondroza meylli olan orqanizmlərdə bir çox problemlər əmələ gəlir. Bunun üçün professional həkimlərə müraciət olunmalıdır. Amma indi bəzi həkimlər boyunu, beli xırçıldadırlar və bunu çəkib yayırlar. Beləcə, beli ağrıyanlar üz tutur oralar”.

vefa

Vəfa Xankişiyeva

Fizioterapevt deyib ki, hər şey videoda göründüyü kimi deyil və bu müalicə üsulu ölümə səbəb ola bilər:

“Videoda eşidilən “şak-şuk” səsindən sonra görürsən ki, adam rahatladı. İnsanlar düşünür ki, ağrı həmən an dayandısa, bədən rahatladı. Amma fəqərələr arasında olan duzlaşmadan, sıxılmalardan, yırtıqlardan xəbəri olmayan birinin bunu etməsi nə dərəcə doğrudur? Özünə həkim deyən adam necə risk edib pasienti yoxlamadan manual terapiya edir, bunun cavabını tapa bilmirəm. Bu gün anatomik bilgiləri olmayanlar kurslarda sertifikat alır, deyir ki, mən manual terapiya edirəm. Bu, sonra insanlara böyük fəsad verə bilər. Hətta həmin terapiya insanların ölümünə səbəb olacaq dərəcədə qorxuludur”.


MANŞET XƏBƏRLƏRİ