Toyuq filesi sağlam və pəhrizli ətdir, lakin çox vaxt yağlı olmaması səbəbindən quru çıxır. Bununla belə, onu şirəli və dadlı etməyin bir yolu var.
Turkustan.az sizə həmin üsulları təqdim edir.
Əvvəlcə əti hazırlamalısınız: dərini çıxarın və filenin üzərində bir neçə dərin çarpaz kəsiklər atın.
Sonra duzlu suyu hazırlamalısınız : bir litr suda 2 xörək qaşığı duzu həll edin və toyuq ətini bir saat içində isladın. Bundan sonra ət çıxarılmalı və qurudulmalıdır.
Sonra marinad hazırlayırıq, bunun üçün lazım olanlar aşağıdakılardır.
2 xörək qaşığı bitki yağı,
2 xörək qaşığı soya sousu,
2 diş əzilmiş sarımsaq
Daha sonra fileni bu qarışım içinə əlavə edirik.
Toyuqları sobada 180 dərəcədə 40 dəqiqə bişirin. Bişməsinə 10 dəqiqə qalmış ətin üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.
Bu şirəli və ətirli xörəyi dadanlar ona heyran olacaq. Nuş olsun!
Aytən Yaşar/ Turkustan.az