Pivə içməyin nəticələri barədə XƏBƏRDARLIQ


Daimi pivə istehlakı səbəbindən böyüyən qarının kişinin statusu ilə heç bir əlaqəsi yoxdur.

Aydındır ki, alkoqol heç vaxt heç kimə xeyir gətirməyib, amma pivə ilə bağlı ayrı bir söhbətin mövzusudur.

Diyetoloqların müntəzəm pivə istehlakının nəticələri ilə bağlı xəbərdarlıqlarını təqdim edirik.

Pivə qarnı təkcə artıq çəki deyil, həm də ürək-damar xəstəliklərinin inkişaf riskini artırır.

Ən ciddi problem visseral yağların (visseral yağ qarın boşluğunda həyati vacib orqanları əhatə edən və sağlamlığa ciddi təsir göstərə bilən metabolik aktiv yağ növüdür – red.) yığılmasından yaranır.

Qarın boşluğunda toplanır və daxili orqanların fəaliyyətinə təhlükə yaradır.

Nəticədə orqanizmin normal fəaliyyəti pozulur.

Buna görə də normal dəyişikliklərlə mümkün təhlükəni ayırd edə bilmək vacibdir.

Kişilərdə visseral piylər 30-35 yaşdan sonra yığılmağa başlayır.

Əgər kişi oturaq həyat tərzi keçirirsə və qeyri-sağlam qidalanırsa, vəziyyət daha da pisləşir.

Pivə ilə yanaşı, şirin içkilər visseral yağın çökməsinə səbəb olur.

Kədərli nəticələrin qarşısını almaq üçün bir neçə rəqəmi xatırlamaq vacibdir.

Qadınlar üçün kritik göstərici bel ətrafı 80 santimetr, kişilər üçün isə 94 santimetrdən çox olmamalıdır.

Kişi belinin 102 santimetrdən, qadının isə 88 santimetrdən çox olması visseral piylənməni göstərir.

Bu ürək və qan damarlarının xəstəlikləri, II tip diabet, yağlı qaraciyər xəstəliyi, erektil disfunksiya üçün təhlükəlidir.

Belə hallarda həkimə müraciət etmək, müayinədən keçmək və şəkər və xolesterin üçün lazımi analizlər aparmaq lazımdır.

Bundan sonra həkim bir pəhriz təyin edəcək, fiziki fəaliyyəti müəyyənləşdirəcək və müalicəni təyin edəcək. (lent.az)


MANŞET XƏBƏRLƏRİ