Meymunçiçəyi virusu yüngül gedişatlı xəstəlikdir.
Turkustan.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.
Terapevtin sözlərinə görə, immun sisteminin vəziyyətindən və xəstənin yaşından asılı olaraq bəzi hallarda ağırlaşmalar ola bilər:
“Xəstəliyin simptomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, limfa düyünlərinin böyüməsi və dəri səpgiləri daxildir. Bundan əlavə, virus tənəffüs yollarını yoluxdurarsa, pnevmoniya tənəffüs problemlərinə səbəb ola bilər. Xəstəliyin erkən diaqnozu və müvafiq tibbi yardım bu riski xeyli azaldır”. /lent.az/