Meymunçiçəyi virusunun mülaicəsində antibiotik istifadəsi xəstəliyi ağırlaşdırır. Meymunçiçəyi virus mənşəli xəstəlikdir. Antibiotiklər isə bakteriya mənşəlidir. Ona görə də, antibiotik meymunçiçəyinin müalicəsində tövsiyyə olunmur. Antibiotik, əksinə, meymunçiçəyinin müalicə prosesinə mənfi təsir göstərə bilər.
Turkustan.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev nazirliyin canlı yayımı zamanı deyib.
O bildirib ki, Azərbaycan meymunçiçəyi virusu ilə bağlı endemik risk qrupuna daxil deyil:
“Meymunçiçəyinə qarşı istifadə edilən vaksinlər var. Hazırda bu vaksin sadəcə endemik risk qrupunda olan ölkələrdə tətbiq olunur”./lent.az