Alkoqollu içkilər xərçəng xəstəliyinə səbəb olur - XƏBƏRDARLIQ


ABŞ-ın Baş Cərrahı Vivek Murthy alkoqol istifadəsi ilə xərçəng riski arasında əlaqə barədə yeni xəbərdarlıq edib.

O qeyd edib ki, alkoqol ABŞ-da hər il təxminən 100.000 xərçəng hadisəsinə və 20.000 ölüm halına səbəb olur.

Turkustan.az xəbər verir ki, o, alkoqol istifadəsinin süd vəzi, yoğun bağırsaq, qaraciyər kimi ən azı yeddi növ xərçəngin yaranma ehtimalını artırır.

Bu səbəbdən, o, alkoqollu içkilərin üzərinə xərçəng riski barədə xəbərdarlıq etiketi əlavə edilməsini təklif edib. /Bizim.Media/


MANŞET XƏBƏRLƏRİ