“Ədviyyatlı yeməyin faydalı xüsusiyyətləri var. Amma onun istehlakında diqqətli olmaq lazımdır”.
Turkustan.az xəbər verir ki, bunu rusiyalı tanınmış həkim-endokrinoloq Zöhrə Pavlova deyib.
Onun sözlərinə görə, yeməyin ədviyyatlılığını ağızda isti yeməyi tanımaq üçün məsul olan reseptorları stimullaşdıran kapsaisin adlı maddə verir. Həkim alimlərin çoxsaylı araşdırmalarına istinad edərək bildirib ki, ədviyyatlı yeməklər serotonin istehsalı hesabına əhval-ruhiyyəni yaxşılaşdırır, iştahı azaldır, enerji sərfiyyatını artırır və arıqlamağa kömək edir, həmçinin mədə-bağırsaq xərçənginin müəyyən növlərinin inkişaf riskini azaldır.
Ancaq bəzi insanlar üçün ədviyyatlı yeməklər nəinki sağlamlığa fayda gətirməyəcək, həm də zərərli ola bilər. Z.Pavlova mədə-bağırsaq traktında ülseratif kolit, qastrit və öd daşı kimi problemi olanları ədviyyatlı yeməklərdən imtina etməyə çağırıb. Həkim, həmçinin əks- göstərişlər siyahısına allergiyası, həzmsizliyi, qıcıqlanmış bağırsaq sindromu və ürək “yanması” olanları da daxil edib.
Öz növbəsində, Sankt-Peterburq “Rospotrebnadzor”unun mütəxəssisləri hətta sağlam insanlar üçün də ədviyyatlı yeməklərə həddən artıq aşiq olmağın mənfi nəticələrini sadaladılar. Onların fikrincə, bu, mədə və onikibarmaq bağırsağın xəstəliklərinə səbəb ola bilər və ya qan axınının artması və mədə şirəsinin ifrazı səbəbindən ürək yanmasına səbəb ola bilər. /cebheinfo.az/