"Mpox xəstəliyi təxmini su çiçəyi xəstəliyinə bənzər gedişat göstərir. Covid-19 kimi ölümcül seyri yoxdur".
Turkustan.az xəbər verir ki, bunu Azərbaycanda meymunçiçəyinə ilk yoluxan şəxsi müayinə edən həkim dermatoloq Mehdi İskəndərli bildirib.
Onun sözlərinə görə, xəstəliyin simptomlarından biri olan səpgilər çiçəyə bənzədiyi üçün bu qrupdan olan xəstəlikləri çiçək, su çiçəyi, meymun çiçəyi və s kimi ifadə edirlər:
"Meymunçiçəyi artıq Azərbaycana da ayaq açdı. Belə ki, Kutanoz Klinikaya müraciət edən pasientimizin su toplayan yaralarından alınan nümunələr monkeypox və ya Mpox virusu üçün müsbət çıxmışdır. Mpox xəstəliyi təxmini su çiçəyi xəstəliyinə bənzər gedişat göstərir. Covid-19 kimi ölümcül seyri yoxdur. Səpgiləri çiçəyə bənzədiyi üçün bu qrupdan olan xəstəliklərə çiçək, su çiçəyi, meymun çiçəyi və s kimi ifadə edirlər".
(lent.az)