Yeni virus ölkəmizə də ayaq açdı: Bəs bu təhlükədən necə qorunaq? - MÜSAHİBƏ


Çində başlayan və sürətlə yayılmağa davam edən virus ölkəmizin bir addımlığında...

Azərbaycanın Səhiyyə Nazirliyi Çində sürətlə yayılan virusla bağlı yanvarın 6-da əhaliyə müraciət etdi və risk qrupuna aid insanları peyvənd olunmağa çağırdı.

Respirator və ya tənəffüs yolları ilə bağlı olan bu virusun adı metapnevmovirusdur (HMPV).

Nazirliyin açıqlamasına görə bu xəstəlik Çinlə yanaşı, Azərbaycana qonşu olan Rusiya və Qazaxıstanda da aşkarlanıb.

Qeyri-rəsmi yayılan məlumatlara görə ölkədə artıq yoluxma halları var.

Bəs, ümumiyyətlə, metapnevmovirus nədir, risk qrupuna kimlər daxildir, xəstəliyin simptomları nələrdir, bu virusdan necə qoruna bilərik?

Turkustan.az olaraq bu suallarımızı tibb üzrə elmlər doktoru, professor Adil Qeybullaya ünvanladıq.

1. Dünyada sürətlə yayılmağa başlayan metapnevmovirus HMPV virusu nədir, necə yaranır?

Metapnevmovirus zoonotik virusdur və insanlara heyvanlardan keçib. Bu virusun Çindən başlanğıc götürdüyü və Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkiyədə yayıldığı rəsmən qeyd olunub. Ölkəmizdə də bu virusun yayılması real görünür. Son zamanlar yayılan infeksiyalar buna daha çox işarə edir. Rəsmi məlumat olmasa da yoluxma halları belə bir vəziyyətdə qaçınılmazdır.

2. Virusdan qorunmaq üçün hansı addımlar atılmalıdır?

Eyni Coviddə olduğu kimi maska taxmaq, təmizliyə riayət etmək, əlləri tez-tez dezinfeksiya etmək lazımdır. Xəstələndiyi təqdirdə xəstə dərhal yataq rejiminə keçməli, bol-bol maye qəbul etməli və sağalana qədər həkim təyinatına əməl etməlidir. Antibiotiklər vurdurmağı məsləhət görmürəm, çünki onların virusa bir təsiri yoxdur. Düşünürəm ki, insanlar karantın qaydalarına əməl etsələr, yoluxma da, itkilər də az olar. Xəstəlik ağırlaşarsa, fəsadları da ağır olacaq, hər kəs bunu nəzərə almalıdır!

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ