İnsan Metapnevmovirusu - Təhlükəni necə uzaq tutaq?


Pandemiyaların əsrlər boyu təkrarlanan təbii hadisələr olduğunu unutmamalıyıq. Tədqiqatçılar İnsan metapnevmovirusunun daha geniş şəkildə yayıla və mövsümi xəstəliklərdən bir addım irəliləyərək, potensial pandemiya riskinə çevrilə biləcəyini söyləyirlər. Çünki HMPV hər il mövsüm dəyişiklikləri ilə əlaqədar çox sayda insanda xəstəliklərə yol açır. Lakin bu virusun müəyyən genetik mutasiyalara çevrilərək daha yaygın və ölümcül hala gəlməsi mümkündür.

Turkustan.az xəbər verir ki, son statistikalar HMPV-nin daha sürətlə yayıldığını göstərir. Bu səbəbdən virus əksər hallarda yuxarı tənəffüs yolu problemlərinə gətirib çıxarır.

Virusdan özümüzü necə qoruyaq?

Yeni pandemiya riskinin qarşısını almaq və HMPV-dən qorunmaq üçün bəzi sadə və təsirli tədbirlər mövcuddur:

Ggigiyena qaydalarına əməl etmək: HMPV-nin yayılmasının qarşısını almaq üçün əllərinizi tez-tez sabun və su ilə yuyun. Əgər su və sabun yoxdursa, spirtli əl dezinfeksiyaedici məhluldan istifadə edin.

Maska taxın: Xüsusilə, insanların sıx olduğu ictimai yerlərdə maska taxmaq damcılarla yayılma riskini əhəmiyyətli dərəcədə azaldır.

Ara məsafəsi saxlayın: HMPV hava yolu ilə yayıldığı üçün yaxın təmasdan qaçmaq çox vacibdir.

Təhlükəsiz mühitlərdə qalın: Mümkün olduqca, açıq hava və yaxşı havalandırılmış yerlərdə vaxt keçirməyə çalışın.

İmmunitetinizi gücləndirin: Sağlam həyat tərzi sürərək immun sisteminizi gücləndirin. Yuxusuzluq, stress və qeyri-sağlam qidalanma bədəninizi zəiflədir. Buna görə də sağlam qidalanmağa, normal yuxu yatmağa və müntəzəm idman etməyə çalışın.

Xəstəliyin əlamətləri varsa, təcrid olunun: HMPV-nin əlamətlərini hiss etdikdə, başqalarına yoluxma riskini azaltmaq üçün özünüzü evdə təcrid edərək dərhal həkimə müraciət edin.

HMPV üçün xüsusi antiviral dərmanlar mövcud deyil. Əksər insanlar xəstəliyin simptomlarının qarşısını almaq üçün bəzi preparatlarla özünü sağalda bilər. Ağırlaşma hallarında isə xəstəxana şəraitində ambulator müalicə vacibdir.

Bunun üçün aşağıdakı müalicələr tətbiq oluna bilər.

* Oksigen terapiyası: Nəfəsalmada çətinlik çəkən xəstələrə verilir.

* Vena daxili infuziyalar: Dehidrasiyanın qarşısını almaq üçün.

* Kortikosteroidlər: İltihabı azaldaraq simptomları yüngülləşdirmək məqsədi ilə.

* Bundan əlavə, böyüklər üçün Echinacea compositum, İnfuziya yolu ilə

Yüksək dozalı Vitamin C (Pascorbin 7,5 q) və Engystol.

* Uşaqlar üçün isə Engystol, Echinacea compositum. /medicina.az/


MANŞET XƏBƏRLƏRİ