Yuxu həblərinin yeni TƏHLÜKƏSİ


Amerikalı alimlər müəyyən ediblər ki, yuxu həbləri beynin yuxu zamanı həyata keçirdiyi təbii təmizləmə proseslərini poza bilər.

Araşdırmanın nəticələri “Cell” jurnalında dərc olunub. Bu proses 2012-ci ildə neyrobioloq Mayken Nederqaard tərəfindən kəşf edilən qlimfatik sistemin fəaliyyəti ilə bağlıdır. Qlimfatik sistem təhlükəli zülalları ehtiva edən artıq serebrospinal mayenin beyindən çıxarılmasına məsuldur. Əgər bu zülallar beyində toplanarsa, nevroloji xəstəliklərin, xüsusilə də Altsheymer xəstəliyinin inkişaf riski artır.

Yuxu zamanı norepinefrin dalğaları beynin qan damarlarının tsiklik olaraq daralıb-genişlənməsinə səbəb olur və bununla da bir növ beyin təmizləmə nasosu kimi fəaliyyət göstərir.

Lakin alimlər aşkar ediblər ki, geniş istifadə olunan zolpidem adlı yuxu dərmanı noradrenalin səviyyəsini 50% azaldır. Nəticədə normal yuxu strukturu pozulur, qlial qan axını zəifləyir və beynin təmizləmə funksiyaları zərər görür./modern.az


MANŞET XƏBƏRLƏRİ