Tez və zəhmət çəkmədən hazırlanan sadə desertlər, sobanın ətrafında vaxt itirmək istəməyənlər üçün hər zaman əsl qurtuluş olub.
Turkustan.az sizə sadə bir o qədər də ləzzətli bir desert resepti təqdim edir.
Tərkibi
Əsas maddələr
Savoyard- 200 qr
yumurta sarısı-3 ədəd
Naringilər-1,5 kq
Şəkər-80 qr
krem 33%- 300 qr
Qarğıdalı nişastası-35 qr
Mascarpone pendiri-250 qr
Hazırlıq mərhələsi
Əvvəlcə naringilərin suyunu sıxın. Lakin desertin üzərini bəzəmək üçün 2 naringini saxlayın. Daha sonra sıxılmış suya nişasta əlavə edib, ocaqda qatılaşana qədər bişirin.
Bu ərəfədə yumurtaları şəkər tozu ilə yaxşıca qarışdırın və mascarpone pendirini kütlənin üzərinə hissə-hissə əlavə edin. Hazır kremi qaymaqla qarışdırın.
İndi isə tortu yığaq.
Tortu toplamaq üçün əlverişli olacaq formanın aşağı hissəsində naringi suyunda isladılmış savoyard peçenyelərinin bir hissəsini düzün, daha sonra üzərinə kremin yarısını yayın. Dilimlərin ikinci qatını düzdükdən sonra yenidən kremi əlavə edin. Naringinin qatılaşmış suyunu üzərinə yayın və naringi parçaları ilə bəzəyin. Soyuducuda bir neçə saat və ya bir gecə saxlaya bilərsiz. Nuş olsun!
Aytən Yaşar/ Turkustan.az