Yüngül və sağlam bir şirniyyat istəyirsinizsə, bu resept tam sizlikdir.
Turkustan.az sizə alma və lavaşdan ibarət bir desertin reseptini təqdim edir. 15 dəqiqəyə masada bütün ailəni sevindirəcək ətirli bir ləzzət hazırdır.
Nəyə ehtiyacınız olacaq?
-
lavaş - 100 q
-
Almalar (şirin və ya turş) - 2-3 əd.
-
Şəkər - 1-2 yemək qaşığı
-
Nişasta (qarğıdalı) - 1 stəkan
-
Kərə yağı - qızartmaq üçün
Necə bişirilir?
1. Almaların hazırlanması
Almaların qabığını soyun və kiçik hissələrə ayırın və ya sürtgəcdən keçirin.
2. İçliyi qızartmaq
Tavaya kərə yağı əlavə edin və almalar yumşaq olana qədər şəkərlə qızardın. Sonra nişasta əlavə edin, qarışdırın, qızarandan sonra tavanın altını söndürün.
3. Rulonların formalaşması
İçliyi lavaşların üzərinə yayın və bir çimdik darçın əlavə edin. Daha sonra lavaşı rulon kimi bükün və iti bıçaqla hissələrə bölün.
4. Yekun mərhələ
Rulonların hər iki tərəfini kərə yağında qızılı rəng alana qədər qızardın.
Bu desert səhər yeməyində çayın yanına çox yaraşır, eləcə də qonaqlar üçün yüngül desert kimi idealdır. Rulonu isti-isti bir qaşıq bal və ya bir qaşıq vanilli dondurma ilə süfrəyə təqdim edin.
Aytən Yaşar/ Turkustan.az