İtalyan klassiklərini geridə qoyacaq kartof pizzası - BUNU MÜTLƏQ SINAMALISAN!


Pizzanı sevirsən, amma fərqli bir şey sınamaq istəyirsən? O zaman bu pizzanı mütləq sınamalısan.

Turkustan.az sizə hətta qurmanları təəccübləndirə biləcək məşhur yeməyin qeyri-standart versiyasını təqdim edir. Bu orijinal yemək tez və asanlıqla hazırlanır, lakin dadı ənənəvi pizzadan heç də geri qalmır və bəzi insanlar bunu daha çox sevirlər!

Kartof pizzası necə hazırlanır?

Addım 1. Xəmirin hazırlanması

4 böyük kartof götürün və bir sürtgəcdən istifadə edərək rəndələyin. Yaranan kütləni yaxşıca sıxın ki, suyu qalmasın.

Addım 2: Xəmirin formalaşması

Kartofun üzərinə 1 çiy yumurta, bir az duz və istiot əlavə edin və yaxşıca qarışdırın.

Addım 3: Qarışımı qızardın

Qızartma qabını az miqdarda günəbaxan yağı ilə qızdırın. Kartof qarışığını bütün səthə bərabər paylayaraq yayın. Pizzanın bir tərəfini təxminən 10 dəqiqə qızardın, sonra diqqətlə o biri üzünə çevirin.

Addım 4: Pizzanızı bəzəyin

Bişmiş məhsulun üzərinə ketçup yayın və içlikləri yerləşdirin: kolbasa dilimləri, pomidor dilimləri və sürtgəcdən keçirilmiş pendir və s bu kimi istənilən ərzaqları yerləşdirə bilərsiniz.

Tavanının qapağını bağlayın və 10 dəqiqə daha bişirin.

Budur. Kartof pizzanız hazırdır! Xırtıldayan, aromatik, zəngin dadı ilə yaxınlarınızın qəlbini fəth edəcək bir resept. Nuş olsun!

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ