Almaniyada cərrah əməliyyat zamanı xərçəngə yoluxdu – NEJM


Tibdə unikal hadisə baş verib. Almaniyada cərrah ağız boşluğundakı əməliyyat zamanı xəstədə olan xərçəngə yoluxub.

Turkustan.az xəbər verir ki, bu barədə New England Journal of Medicine jurnalı məlumat verib. Bu insident tibb cameəsində ciddi rezonans doğurub.

Belə ki, cərrah ağzında bədxassəli fibroz histisitoma olan xəstəyə drenaj qoyarkən ehtiyatsızlıqdan barmağını kəsib.

Dərhal yara yuyulsa da, bir neçə gün sonra kəsik yerində kiçik şiş yaranıb.

Histoloji analiz göstərib ki, bu da xəstədə olan histositomadandır.

Cərrah təcili əməliyyat olunur və müalicə alır. O, xəstəliklə baş edə bilir.

Bu xəstəlik yumşaq toxumaların şişidir, kişilərdə 20-50 yaş arası olur.

Bu klinik hadisə xarici təmasla həkimin xəstədən yoluxması ilə bağlı nadir hadisədir. Əslində isə bədxassəli şişlər yoluxucu olmur. /medicina.az/


MANŞET XƏBƏRLƏRİ