Çində meymunçiçəyi virusunun yeni ştamının yayılması ilə bağlı epidemiya qeydə alınıb.
Turkustan.az xəbər verir ki, bu barədə Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən məlumat verilib.
Məlumata görə, ölkədə meymunçiçəyi virusunun bir qrup halında yayılması aşkarlanıb. Yoluxmanın mənbəyi isə Konqo Demokratik Respublikasında yaşamış və ölkəyə səfər etmiş xarici vətəndaşdır.
Epidemiyanın müəyyənləşdirilməsindən sonra Çin hökuməti dərhal tədbirlər görərək, Zhejiang, Guangdong, Pekin və Tianjin kimi bölgələrdə epidemioloji tədqiqatlar aparıb, riskləri qiymətləndirib, diaqnoz və müalicə işlərinə başlayıb. Profilaktika və nəzarət tədbirləri ilə əlaqədar birgə mexanizm də işə salınıb. /Yenisabah.az/