Kəsmiklə hazırlanan sadə bir resept: Dadı damağınızda qalacaq


Sırnık çoxları üçün sevimli ləzzətdir, çünki həm sağlam, həm də dadlı bir qidadır. Olduqca da tez hazırlanır.

Turkustan.az sırnık hazırlamaq üçün resepti təqdim edir.

500 qram kəsmik
1 paket şəkərli vanilin
Yarım stəkan un
duz
Bir stəkan şəkərin üçdə biri
2 yumurta
Əgər sırnıkın daha ətirli və dadlı olmasını istəyirsinizsə, xəmirə üyüdülmüş qoz-fındıq və ya kişmiş əlavə edə bilərsiniz.

Bişirmə prosesi:

Bir qabda kəsmiki çəngəllə əzin. Daha sonra şəkər, yumurta, vanil və un əlavə edin. Zövqə görə duz əlavə edin və qaşıqla yaxşıca qarışdırın.
Bir qab götürün və yaş əllərlə sırnıka forma verib, ehtiyatla qaba düzün. Daha sonra yumurta sarısı ilə sırnıkın üzərini fırçalayın.
Sobanı 200 dərəcəyə ayarlayın və sırnıkı təxminən 25 dəqiqə bişirin. Həmin vaxt ərzində sırnıkızınız üçün sousu hazırlamağa başlaya bilərsiniz. Nuş olsun!

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ