Bu ölkədə meymunçiçəyi virusu tüğyan edir


Fransada meymunçiçəyinin (mpox) yeni variantı ilk dəfə Brittany bölgəsində görülüb.

Turkustan.az xəbər verir ki, Fransa Səhiyyə Nazirliyindən verilən açıqlamada virusun yeni variantının ölkənin şimal-qərbindəki Brittany bölgəsində aşkar edildiyi bildirilib.

Açıqlamada xəstənin Afrikadan olan iki nəfərlə təmasda olduğu, virusun mənbəyi və ötürülmə üsulunun araşdırıldığı bildirilib.

Aşkar edilən yeni variantın daha təhlükəli və daha yoluxucu olduğu bildirilir.

Xatırladaq ki, mpox virusu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 14 avqust 2024-cü ildə "beynəlxalq narahatlıq doğuran ictimai sağlamlığa dair fövqəladə vəziyyət" elan edilmişdir.

Virus əvvəllər Almaniya, İsveç, İngiltərə, ABŞ və bəzi Asiya ölkələrində müşahidə edilib. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ