Sərt və gec bişən əti necə yumşaltmaq olar? - BU SADƏ ÜSULU YOXLAYIN!


Həyatımızda ət yeməkləri həm bayramlarda, həm də gündəlik qida rasionunda xüsusi yer tutur.

Turkustan.az xəbər verir ki, bəzən satın alınan ət təzə olmur və ondan hazırlanan yeməklər sərt və dadsız olur.
Belə əti atmağa tələsməməlisiniz, çünki ondan gözəl bir yemək hazırlaya bilərsiniz. Əti daha yumşaq etmək üçün bir məşhur məhsuldan istifadə edə bilərsiniz.

Öncəliklə əti hissələrə ayırın və dərin bir qaba qoyun. Sonra üzərinə az miqdarda soya sousu tökün. Sousun tərkibində artıq duz olduğundan duz əlavə etməyə ehtiyac yoxdur.

Qarışıma damaq dadınıza uyğun olaraq sevimli ədviyyatlarınızı və iri doğranmış soğan əlavə edə bilərsiniz, daha sonra qapağını bağlayın və bir neçə saat soyuducuda saxlayın

Soyuducudan çıxardıqdan sonra marina olunmuş əti bişirin, nəticədə ət yumşaq və şirəli olacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ