Hazırda daha çox uşaqların yoluxduğu və ağırlaşma ehtimalı çox olan Metapnenevmovirus nə dərəcədə təhlükəlidir?
Turkustan.az xəbər verir ki, biolooq Ança Baranova virusun özəlliyindən danışıb.
“Çində alovlanan metapnevmovirus daha çox 15 yaşa qədər uşaqların arasında yayılıb. Artıq virus Rusiyada da yayılıb.
Yeni virus 2021-ciildə açılıb. İlk illərdə bütün uşaqlar bu virusa yoluxur, immunitet yaranır, böyüklərə isə xəstəlik yenidən qayıda bilər.
Virusda həm burun axma, həm boğaz, həm hürücü öskürək ola bilri. Adətən xəstəlik 5-7 gün çəkib bitir. Amma ağciyər xəstəlikləri olanlarda, astma xəstələrində, immunitet defisiti olanlarda pnevmoniya ilə ağırlaşa bilər.
Metapnevmovirus pandemiyadan sonra hər il dövr edir və mövsümi yoluxma olur. Hətta statistikası da aparılır.
Bu infeksiyaya qarşı spesifik virus dərmanı yoxdur. Ona görə hərarətsalıcı, burun açıcı, öskürək əleyhinə dərmanlardan istifadə olunur. Tez-tez pnevmoniyaya çevrildiyi üçün antibiotiklər təyin edilir, lakin bunu hamı qəbul etməməlidir və həkim təyin etməlidir”. /medicina.az/