COVID-dən daha təhlükəli Metapneumovirus QAPIDA – Bu ölümcül virus nədir, necə QORUNAQ?


Dünyada COVID-19-dan daha təhlükəli və daha çox yayılma potensialı olan yeni virus tüğyan edir. Çinin şimalında "insan metapnevmovirusu" (HMPV) hallarının artması epidemiya narahatlıqlarına səbəb olub.

Qeyd edək ki, COVID-19 ilk dəfə 2019-cu ilin dekabr ayında elə Çinin Uxan şəhərində aşkar olunmuşdu. Virus, tənəffüs yoluyla yayılan və insanlardan insana keçən bir patogen olduğu üçün çox sürətlə yayılmağa başladı.

Son günlər isə insanların qorxulu yuxusuna çevrilən yeni - HMPV (Human Metapneumovirus) virus yayılıb. Hansı ki, bu virus COVID-19-dan daha təhlükəli və təkrar qayıtma ilə müşahidə olunur.

Bəs bu virusu nədir? HMPV-nin simptomları hansılardır?

Bizim.Media yeni virusla bağlı əsas məqamları araşdırıb:

Sözügedən virus insanlar arasında tənəffüs yollarının infeksiyasına səbəb olur. Virus Paramyxoviridae ailəsinə aiddir və ilk dəfə 2001-ci ildə kəşf edilib. HMPV uşaqlar, yaşlılar və zəifləmiş immun sistemi olan şəxslər arasında xüsusilə ciddi təsir göstərir.

HMPV yoluxmuş şəxsin tənəffüs damcıları vasitəsilə (öskürək, asqırma və ya yaxın təmas zamanı) yayılır.

Yoluxmuş səthlərə toxunduqdan sonra əlləri ağıza, buruna və ya gözlərə toxundurma nəticəsində də keçə bilir.

Yüngül hallarda - burun axması, asqırma, öskürək, yüngül, qızdırma ilə, ağır hallarda isə bronxiolit, pnevmoniya, nəfəsalma çətinliyi ilə müşahidə olunur. Uşaqlar və yaşlılar arasında bu virus daha ciddi tənəffüs problemlərinə səbəb olur.

HMPV virusu azyaşlı uşaqlarda, yaşlı insanlarda və xroniki xəstəlikləri, yaxud zəifləmiş immun sistemi olan şəxslərdə daha risklidir.

Bu virusdan müalivə olunmaq üçün spesifik dərman yoxdur.

Simptomatik müalicə (qızdırma salıcı dərmanlar, su balansının qorunması və s.) tətbiq edilir.

Yoluxmanın qarşısını almaq üçün əllərin mütəmadi yuyulması, maskadan istifadə və xəstə insanlarla təmasın məhdudlaşdırılması tövsiyə edilir.

HMPV simptomatik olaraq RSV (Respiratory Syncytial Virus) və digər tənəffüs yolları viruslarına bənzəyir.

HMPV, xüsusilə mövsümi olaraq, yaz və qış aylarında daha çox yayılır. Hər hansı ağır simptomlar meydana gəldikdə, həkimə müraciət etmək mütləqdir.

Ümumiyyətlə, HMPV infeksiyası geniş yayılmayan, lakin müəyyən qruplar üçün ciddi təhlükə yarada bilən bir virusdur.

Qeyd edək ki, artıq yeni virusun yayılma arelı genişlənməkdədir. Belə ki, yeni virus Qazaxıstan, Qırğızıstan, Hindistan və Ukraynada aşkar olunub. Hazırda Çində sözügedən virusa yoluxma halları artmaqdadır. Metapnevmovirusa daha çox 14 yaşa qədər uşaqlar və 60 yaşdan yuxarı şəxslərdə rast gəlinir.


MANŞET XƏBƏRLƏRİ