Qırğızıstanda metapnevmovirusa (HMPV) iki yoluxma halı qeydə alınıb.
Turkustan.az xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın Səhiyyə Nazirliyi yayıb.
Məlumata görə, hazırda ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma müşahidə edilir.
Mütəxəssislərin məlumatına görə, son bir həftə ərzində Qırğızıstanda 5737 kəskin respirator virus infeksiyası və qripə yoluxma halı qeydə alınıb. Ötən ilin eyni həftəsi ilə müqayisədə xəstələnmədə 1,7 dəfə azalma müşahidə olunur.
Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə qrip, kəskin respirator virus infeksiyaları və COVID-19 üzrə epidemioloji vəziyyətin monitorinqi və qiymətləndirilməsi davam etdirilir.
Qeyd edək ki, metapnevmovirus infeksiyası sürətli gedişi ilə xarakterizə olunan kəskin respirator infeksiyadır. İlk dəfə 1968-ci ilin iyulunda Honq-Konqda qeydə alınıb. Əsasən hava damcıları və daha az dərəcədə məişət təmasları ilə ötürülür. İnfeksiyanın əsas əlamətləri öskürək, burun axması, nəfəs darlığı, qızdırma, baş ağrısıdır. /Modern.az/