Qarşıdakı 30 ildə 40 milyon insan bu səbəbdən ÖLƏ BİLƏR


Orqanizmin antibiotiklərə müqavimət göstərməsi 2050-ci ilə qədər təxminən 40 milyon insanın ölümünə səbəb ola bilər.

Turkustan.az-ın məlumatına görə, bu barədə Britaniyanın “The Guardian” qəzeti İngiltərənin keçmiş baş həkimi Salli Devisə istinadən məlumat yayıb.

Ekspertin sözlərinə görə, hər il 1 milyona yaxın insan mikroblara qarşı müqavimət səbəbindən ölür. Bu rəqəmlər növbəti 25 il ərzində artacaq və problemi daha aktual edəcək.

O, əlavə edib ki, antibiotiklərə davamlı olan “superbaqlar” xəstələnənlərin müalicəsinə getdikcə daha az reaksiya verir.

Ekspert qeyd edib ki, son 35 ildə 70 yaşdan yuxarı insanlar arasında ölüm halları 80% artıb, çünki əhalinin qocalması problemi xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda yeni növ bakteriyalara qarşı həssaslıq yaradıb. /modern.az/


MANŞET XƏBƏRLƏRİ