Arıqlamağın qızıl qaydası - Hər səhər...


İspan alimləri arıqlamaq istəyənlərin səhər yeməyinə xüsusi diqqət etmələrinin vacib olduğunu bildiriblər.

Turkustan.az xəbər verir ki, “Şimal-Qərb” Universiteti tərəfindən aparılan araşdırmaya görə, səhər yeməyində düzgün miqdarda kalori istehlak etmək bədən kütlə indeksinə və bel ətrafındakı yağlara müsbət təsir göstərir.

Araşdırmalara görə, səhər yeməyi üçün gündəlik enerji ehtiyacının 20-30 faizini istehlak etmək tövsiyə olunur. Bu miqdar kişilər üçün 500-750 kalori, qadınlar üçün isə 400-600 kalori arasında dəyişir.

Barselonada 383 obez üzərində aparılan üç illik araşdırmada iştirakçıların səhər yeməyi vərdişləri və sağlamlıq məlumatları araşdırılıb. Metabolik sindrom diaqnozu qoyulan iştirakçılar səhər yeməyində düzgün kalori ilə qidalanaraq bədən kütlə indeksi normaya düşüb.

Tədqiqatda səhər yeməyinin təkcə kalori miqdarının deyil, həm də kifayət qədər yemək yeyənlərin gün ərzində daha tox hiss etdiklərini və daha az qəlyanaltı qəbul edərək ümumi kalori qəbulunu məhdudlaşdırdıqları yer alıb./teleqraf.com


MANŞET XƏBƏRLƏRİ