Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR - VİDEO


"Bu gün epidemioloji vəziyyət qarışıqdır. Qrip virusu əhali arasında geniş yayılıb. Bu, uşaqlar arasında yüksək hərarət, pnevmoniya ağırlaşmaları ilə davam edir".

Bunu tanınmış həkim Adil Qeybulla "Xəzər Xəbər"ə müsahibəsində bildirib.

Professor deyib ki, insanlar xəstələndiyi təqdirdə yataq rejiminə keçməli, bol maye qəbul etməli, özbaşına dərmanlar qəbul etməməli, həkimə müraciət etməlidirlər. Həm də evdən çıxanda geyimləri düzgün seçməlidirlər.

Həkim bildirib ki, pnevmoniya ciddi xəstəlikdir, ona yalnız yataq rejimində, həkim nəzarəti altında, stasionar şəraitdə müalicə lazımdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


MANŞET XƏBƏRLƏRİ