EHTİYATLI OLUN - Ağrıkəsicilərin istifadəsi baş ağrılarını artırır


"Həddindən artıq ağrıkəsici istifadəsinin yan təsirləri çoxdur".

Turkustan.az xəbər verir ki, Türkiyə Nevroloji Dərnəyinin Baş Ağrısı İşçi Qrupunun İdarə Heyətinin də üzvü olan Bıçaqcı sağlamlıq konqresi üçün getdiyi Antalyada AA müxbirinə bildirib ki, bel, baş və boyun ağrıları cəmiyyətdə çox geniş yayılıb.

Cəmiyyətin ən məhsuldar çağlarında həyat keyfiyyətini aşağı salan ağrı növünün baş ağrısı, xüsusilə də miqren baş ağrısı olduğunu vurğulayan Bıçaqcı, bu ağrının öncəki illərə nisbətən daha çox yayıldığını bildirdi.

O, hipertoniya, travma, damar tıxanıqlığı, müəyyən maddələrin istifadəsi və ya, infeksiya kimi səbəblərdən yaranan mənşəyi bilinməyən iki növ baş ağrılarının olduğunu bildirib.

Dünyada hər 6 adamdan birinin miqren olduğunu qeyd edən Bıçaqçı sözlərini belə davam etdirib:

"Qidalanma pozuntuları, hərəkətsizlik, az su istehlakı, müxtəlif istiqamətlərdə əsən külək, cənub-qərb küləyi, kondisionerli yerdə uzun müddət qalmaq, qıcqırdılmış yeməklər istehlak etmək, adi haldan çox və ya az yatmaq, səyahət etmək və s. bu kimi hallar miqren baş ağrılarına səbəb ola bilər.

Həkimlərin ən mühüm vəzifəsi ağrıya son qoymaqdır. Ağrıya son verək deyəndə, bu, o insan üçün çox ağrıkəsici istifadə etmək mənasına gəlməməlidir”.

Zamanla ağrıkəsicilərin həddindən artıq istifadəsinin də baş ağrısına səbəb ola biləcəyini ifadə edən həkim, “Bir şəxs üç ay ərzində həftədə 3 dəfədən çox ağrıkəsici istifadə edirsə və ağrıları daha çox artıbsa, deməli, dərmanların həddindən artıq istifadəsi səbəbindən baş ağrısı inkişaf etib"-deyə, bildirdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ