Həkim çay paketlərindən imtina etməyə çağırdı


Diyetoloq İrina Pisareva insanları çay paketlərindən imtina etməyə çağırıb və onları sağlamlıq üçün təhlükəli adlandırıb.

Turkustan.az xəbər verir ki, o, bu barədə news.ru-ya müsahibəsində bildirib.

Həkim izah edib ki, bir çox çay paketinin tərkibində mikroplastik var:

“Kanadalı alimlər təcrübə aparıblar və aşkar ediblər ki, çay paketi dəmlənəndə fincana 16 mikroqrama qədər mikroplastik daxil olur. Hələ bu hissəciklərin insan sağlamlığına necə təsir etdiyini göstərən heç bir araşdırma yoxdur. Lakin mikroplastiklərin orqanizmə daxil olması arzuolunmazdır.

Mən çay yarpaqları alıb şüşə çaydanda ayrıca dəmləməyi məsləhət görürəm. Birincisi, bu, daha keyfiyyətli məhsul olacaq, ikincisi, orqanizmə zərər vermədən daha çox fayda əldə edəcəksiniz”. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ